top
Astaralı fermerlər 300 hektar sahədə çəltik yetişdiriblər - VİDEO
29 avqust 2025, 07:13
- ↺ +

Astaralı fermerlər 300 hektar sahədə çəltik yetişdiriblər - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayonunun çəltik sahələrində biçin uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, Astara çəltikçiləri bu il ötən ilkindən 60 hektar çox, yəni 300 hektar sahədə çəltik əkiblər. Havaların mülayim keçməsi və düzgün aqrotexniki qulluq sayəsində bol məhsul yetişdirilib. Hazırda sahələrdə məhsul yığımı davam edir. Ekoloji təmiz, təbii Astara düyüsü əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan, Pensər, Şiyəkəran kəndlərində yetişdirilir. Təkcə Artupa kəndində bu il 80 hektara yaxın çəltik əkilib.

Fermer Əlibaba Əliyev builki məhsuldarlıqdan razıdır: “80 sotluq yer əkmişəm, 3 ton yarıma yaxın məhsul götürmüşəm. Məhsuldarlıq demək olar yaxşıdır. Havamız da gözəldir, su da kifayət qədər oldu”.

Astarada daha çox yerli iqlimə uyğun “Haşimi”, “Apola”, “Gülanə”, “Meko” və “Sədri” toxum növləri əkilir. Artupa kəndinin torpaq payçıları dadı, ətri ilə tanınan “Haşimi” sortuna üstünlük verirlər. Rayonda çəltik biçiminə 7 çəltikbiçən müasir texnika cəlb olunub. Növlərinə görə məhsul 10-15 gün zaman fərqi ilə yetişdiyindən kombaynla bağlı çətinlik yaşanmır.

“1998-ci ildən bəri Astaranın rayonunda çəltikçilik ilk dəfə bizim Artupa kəndində olub. Biz də dədə-babamızın adət-ənənəsini bu günə kimi davam etdiririk. Şükür Allaha məhsuldarlığımız ötən ilə nisbətən yaxşıdır. Ötən il 4 ton, bu il isə 4,2, hətta 4,5 ton də məhsul götürən olub. Biçin yavaş-yavaş başa çatır. Əvvəllər çox çətin idi. Əllə biçərdik, növbəyə qalardıq. Şükürlər olsun ki, yaxın illərdə minikombaynlar çıxıb. Bununla bizim həm məhsul itkiyə getmir, həm də çəltik doğranmır. Dəyirmanda da itki görmürük, keyfiyyət də yüksəkdir”, - deyə fermer Azər Əliyev vurğulayıb.

Biçilən çəltik dəyirmanlarda emal edilir. Əvvəllər çəltiyi başqa ərazilərə aparan Artupa sakinləri artıq uzağa getmədən elə öz kəndlərində düyüyə çevirirlər. Hətta qonşu kəndlərdən də buraya gələnlər olur. Dəyirmanda çəltik müasir qurutma sistemi vasitəsilə əvvəlcə qurudulur, sonra isə üyüdülür. Üyüdülən çəltiyin 65 faizindən düyü əldə edilir. Bunun da 60 faizi xalis məhsul, 5 faizi isə düyü xırdası olur. Son illər fermerlər qara düyü sortu da istehsal edirlər. Bu sort əsasən diabetli xəstələr üçün faydalı sayılır.

Qeyd edək ki, bu günədək Astarada 45 hektar sahədə biçim başa çatıb. 200 tona yaxın çəltik yığılıb. Yığım sentyabrın ortalarınadək davam edəcək.

Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər