Astara rayonunun Qamışoba kəndində istirahət mərkəzinin ərazisində yanğın baş verib.
Cenublu.az xəbər verir ki, ümumi sahəsi 16 m² olan sanitar qovşağının dam örtüyünün yanar konstruksiyaları yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Sanitar qovşağın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın söndürülüb.