Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Kakalos kəndi ərazisində çöl quşlarının qanunsuz ovu ilə məşğul olan A.Əkbərov, R.Babayev və B.Məmmədov saxlanılıblar.
Qaynarinfo.az xəbər verir ki, onlardan qanunsuz ovladıqları müxtəlif növ çöl quşları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq götürülüb.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.