Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama zamanı Astara şəhəri, H.Əliyev küçəsi 150 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Kamran Həmidulla oğluna məxsus çörək istehsalı müəssisəsində normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar.
Cenublu.az xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanların mövcud olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.