Xəzər dənizinin Astara akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu haqda məlumat bu gün, 24 yanvar tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında paylaşılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının araşdırması zamanı brakonyerlərin Astara şəhər sakinləri Eldar Cəbrayılov və Asəf Qasımov olduğu müəyyən edilib.
Faktla bağlı sakinlər barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb.