Astara rayonu Şahağacı kənd məktəbinin həyətində təhlükəsizlik çəpəri olmayan transformator yerləşir. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyul tarixində verir.
Belə ki, təhsil ocağının həyətində bu cür təhlükənin olması valideynləri narahat edir. “Məktəbin həyətində çəpərsiz transformatorun olması hər an faciə ilə nəticələnə bilər. Xahiş edirik aidiyyəti qurumlardan “qanqaraçılıq” olmadan problemi həll etsinlər”.