top
26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür
26 sentyabr 2025, 00:30
- ↺ +

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Qızılağac Milli Parkının yarandığı gündür. Park, xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsini genişləndirmək, bioloji müxtəlifliyi qorumaq, təbii resurslardan səmərəli istifadə və ekoturizmi inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazilərində yaradılıb.

Milli parkın ərazisində su-bataqlıq, yarımsəhra və çəmənlik bitkiləri geniş yayılıb. Burada Xəzər şanagülləsi, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvəri, ciyən, duzlaq çoğanı, ətirli yovşan, qarağan, gəngiz, şahsevdi və sarıbaş kimi bitki növləri rast gəlinir. Heyvanlar aləmi isə su-bataqlıq quşları, çöl donuzu, canavar, gürzə və digər növlərlə zəngindir.

Azərbaycanın “Qırmızı Kitab”ının III nəşrinə daxil edilən nadir növlərdən flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, çəhrayı qutan, ərsindimdik, kiçik qu quşu, adi bəzgək, boz durna, qırmızı çalağan və Kür siyənəyi də parkın ərazisində yaşayır.

Qızılağac Milli Parkının ərazisində yerləşən Böyük və Kiçik Qızılağac körfəzləri Ramsar Konvensiyasının siyahısına daxil edilib və beynəlxalq əhəmiyyətli sulu-bataqlıq ərazilər kimi tanınır.

2019-cu ildə park, “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində dünya sularının xilası üçün “ümid yeri” elan olunub.

2023-cü ilin qış sayımı zamanı ölkə üzrə qeydə alınmış 960 mindən çox quşdan 487 minə yaxını Qızılağac Milli Parkının payına düşüb. Bu göstəriciyə görə park ölkədə birinci yeri tutur.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər