top
25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür
24 noyabr 2025, 13:01
- ↺ +

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəlbəcərin işğaldan azad olunmasının 5 ili tamam olur.

44 gün davam edən Vətən müharibəsi Ermənistanın məğlubiyyəti ilə bitdi. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə Ermənistan təslim olmağa məcbur qalıb və kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatı imzalayıblar. Sənədin 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanata görə, Kəlbəcər rayonu noyabrın 15-dək boşaldılmalı idi, lakin Ermənistan Rusiya vasitəsilə Azərbaycandan əlavə 10 gün möhlət istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək bu tələbi qəbul edib. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb və 27 illik işğala son qoyulub.

Bununla belə, həmin 10 günlük müddət ərzində ermənilər öz mənfi xislətlərini bir daha nümayiş etdiriblər. Kəlbəcərdən çıxmazdan əvvəl evləri, binaları və digər tikililəri talan edərək yandırıblar, ağacları qıraraq ekoloji terror törədiblər. Bununla yanaşı, onlar rayonu tərk etməzdən əvvəl Kəlbəcərin müxtəlif yerlərində, o cümlədən yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Nəticədə, 2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan avtomobil tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

2020-ci il noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edərək televiziya vasitəsilə müraciət edib. Kəlbəcərin azad olunması şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcərin azad edilməsi əməliyyatlarında şəxsi igidlik və şücaət göstərən hərbçilər bu medalla təltif olunublar. Bundan əlavə, Prezidentin 2023-cü ildə imzaladığı sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilib.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər