Bu gün, 10 yanvar tarixində Masallı rayonunun Ərəb kəndindən olan şəhidimiz Masim Hafiz oğlu Qurbanovun ildönümüdür. Bu haqda məlumatı Cenublu.az verir.
Qəhrəman şəhidimiz 7 yanvar 2001-ci ildə Masallı rayonu Ərəb kəndində anadan olub. 2008-2017-ci illərdə Ərəb kənd ümumi orta məktəbində təhsil alıb. 2019-cu ilin yanvar ayından həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında könüllü olaraq Vətən müharibəsinə yollanıb.
O, Cəbrayıl, Füzuli, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib, Qubadlı istiqamətində gedən döyüşdə düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhid Masimin atası Hafiz Qurbanov Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olub, II qrup Qarabağ müharibəsi əlilidir.