Lerik rayonunun Çayrud kəndində dağ uçqunu olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində Apa.az-a istinadən verir.
Uçqun zamanı rayon mərkəzindən 18 km uzaqda yerləşən Çayrud kəndinə gedən yol bağlanıb.
Əraziyə ağır texnika cəlb olunub və yolun açılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi yolun açılması planlaşdırılır.