Lənkəranda Həzi Aslanov parkının uşaq meydançasında vəziyyət narahatlıq doğurur.
Sakinlər Cenublu.az-a müraciətlərində bildiriblər ki, parkdakı uşaq sürüşkəni və yelləncəklər yararsız haldadır. Belə ki, yelləncəklərin oturacağı yoxdur, uşaq sürüşkənindən isə yıxılmaq ehtimalı yüksəkdir, bu da uşaqların sağlamlığı üçün təhlükə törədir.
Bundan əlavə, meydançadakı qoruyucu döşəmələr çox pis vəziyyətdədir və demək olar ki, yoxdur. Bu, uşaqların yıxılarkən zədələnmə riskini artırır.
Sakinlər müvafiq qurumlardan qeyd olunan problemlərin tezliklə həll olunmasını xahiş ediblər.