Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları narkotik vasitə ilə tutulmuş R.Əkbərovun ətrafında əməliyyat tədbirləri aparıb. Bu haqda məlumatı Lent.az verib.
Belə ki, axtarış nəticəsində onun qanunsuz əldə edib bacısı oğlu A.Cəfərlinin evində saxladığı 2 ədəd "AKSU-74" markalı avtomat silahı, 3 ədəd patron darağı, 12 ədəd patron, 1 ədəd snayper silahına aid uzaq görmə cihazı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.