Bu gün, 20 yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Lənkəranda Şəhidlər xiyabanı ziyarət olunur. Bu haqda məlumatı Cenublu.az verir.
Şəhidlər xiyabanına insan axını səhər saatlarında başlayıb və hal-hazırda davam edir. Şagirdlər, müəllimlər, rəsmi qurumların əməkdaşları, şəhid ailələri, ziyalılar və digərləri şəhidlərimizin məzarlarını ziyarət edərək önünə qərənfil gülləri düzürlər.