SON XƏBƏRLƏR

Astara rayonu Diqo kəndində məktəb yoxdur. Bu haqda məlumatı bu gün, 7 yanvar tarixində Qafqazinfo verib.

Diqo Astaranın ucqar kəndlərindən biridir. 50 uşağın yaşadığı kəndə ən yaxın məktəb 5 kilometr aralıqda olan Pəlikəş məktəbidir. Burada cəmi bir maşın, bir mağaza var.

Şagirdlər qışın soyuğunda dağ yolları ilə həmin məktəbə getməyə məcbur qalırlar. Bəzən də valideynlər kəndin yeganə sürücüsünə pul ödəyərək uşaqlarını məktəbə maşınla yollayırlar. Bu isə onlara baha başa gəlir. Bəziləri isə heç məktəbin nə olduğunu bilmir və evdə ata-anasının biliyi ilə kifayətlənirlər.

Foto Orxan Əzim
Foto Orxan Əzim
Foto Orxan Əzim
Foto Orxan Əzim Foto Orxan Əzim Foto Orxan Əzim