top
Ziya Bünyadov: Nəsiminin dərisini diri-diri çıxarmayıblar
15 aprel 2023, 02:01
- +

Ziya Bünyadov: Nəsiminin dərisini diri-diri çıxarmayıblar

Astaralı tarixçi və şərqşünas alim Ziya Bünyadovun araşdırmalarına görə, Nəsiminin diri-diri dərisinin soyulması faktı əfsanədir. Bir çox mənbələrdə, həmçinin Nəsimi haqqında çəkilmiş filmdə şairin dərisinin diri-diri soyularaq öldürülməsi haqqında bəhs edilir [2].

Bir sıra müəlliflər Nəsiminin həyatına dair bilgilər versələr də, onun haqqında məlumat çox azdır. Ziya Bünyadovun istinad etdiyi yazıçı Məhəmməd Raqib Nəsimi haqqında öz əsərində yazıb ki, şair məhkəmədən sonra ədalət sarayında dustaq qalır. Bir müddət keçdikdə isə Nəsimini qala həbsxanasına salırlar. Məhəmməd Raqib yazıb: “Sultan əl-Müəyyədin sərəncamı gəlir çatır ki, Nəsimi öldürülüb dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da cəsədi parça-parça edilsin…”.

Ziya Bünyadov “Azərbaycan şərqşünaslığı” jurnalında çap olunmuş məqaləsində Nəsimi barəsində qeyd edib: “Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır” [1].

Əsl adı Seyid Əli İmadəddin olan Nəsiminin riyaziyyat, təbabət, astronomiya, məntiq sahəsində də bilikləri olub. Bundan əlavə, o, klassik Şərq və qədim yunan fəlsəfəsini, islam və xristian dinlərini, ədəbiyyatı bilirdi. Nəsimi Azərbaycan, ərəb və fars dillərində şeirlər yazırdı. O, Azərbaycan dilində 15 min misradan, fars dilində isə 5 min misradan ibarət divanın müəllifidir. Nəsiminin məzarı Suriyanın Hələb şəhərində, köhnə şəhər qalasında yerləşir. Şairin 600 illik yubileyi 1971-ci ildə UNESCO tərəfindən qeyd olunub. Ona həsr olunan “Nəsimi” filmi 1973-cü ildə ekranlara çıxarılıb [3].

Ədəbiyyat:


  1. Azərbaycan şərqşünaslığı. № 1. 2009.

  2. https://modern.az/edebiyyat/45856/akademik-ziya-bunyadovun-ferziyyesi-quotnesimini-diri-diri-soymayiblar/

  3. https://portal.azertag.az/az/node/472

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Ailələrin yarıdan çoxu 30 ildən artıqdır eyni evdə yaşayır

İqtisadiyyat
Dünən, 17:27

Azərbaycanda nələr bahalaşıb? - Son statistika

Bütün xəbərlər
Dünən, 16:54

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kriminal
Dünən, 16:26

Qohumunu vurub xəsarət yetirən gəncin taleyi bəlli oldu

Kriminal
Dünən, 15:55

Lənkəranda kişi smartfon işlədən keçmiş arvadının qabırğalarını sındırdı

İqtisadiyyat
Dünən, 15:23

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır - RƏSMİ

Bütün xəbərlər
Dünən, 14:50

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:21

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu

Cəmiyyət
Dünən, 13:56

Ölkəmizdə hər 6 nəfərdən 1-i siqaret çəkir

Bütün xəbərlər
Dünən, 13:22

Astarada 18 kq narkotik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:53

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

Bütün xəbərlər
Dünən, 12:24

Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı

Bütün xəbərlər
Dünən, 11:55

Kasıb ailələrdə uşaq sayı daha çoxdur

Kriminal
Dünən, 11:26

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Kriminal
Dünən, 10:58

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 10:25

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
Dünən, 09:59

Lənkəran Dövlət Dram Teatrının sabiq baş rəssamı vəfat edib

Bütün xəbərlər
Dünən, 09:18

İmişlidə kişi həyətdə yıxılıb öldü

Cəmiyyət
05 avqust 2026, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
05 avqust 2026, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
05 avqust 2026, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
05 avqust 2026, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
05 avqust 2026, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
05 avqust 2026, 15:32

Sabah hava necə olacaq?

Oxşar xəbərlər