top
IX-X əsrlərdən Talış bölgəsində inkişaf edən çəltikçilik
11 yanvar 2022, 05:00
- +

IX-X əsrlərdən Talış bölgəsində inkişaf edən çəltikçilik

Çəltik ən qədim kənd təsərrüfatı bitkilərindən biri sayılır. Orta əsr müəlliflərinin məlumatına əsasən, IX-X əsrlərdən Talışda çəltikçilik geniş inkişaf etmişdir [4]. Çəltik burada, əsasən, Xəzər dənizinin sahillərində əkilir. Əkin işlərinə aprelin sonu-mayın əvvəlində başlanılır. Çəltiyin şitil üsulla əkini qədimdən Azərbaycanın yalnız Lənkəran-Astara bölgəsində aparılıb.

Şərqşünas Pavel Fransoviç Riss "İmperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin qeydləri, Tiflis, 1855" kitabında, talışlarda tarla işləri arasında çəltikçiliyin birinci yer tutması haqqında məlumat vermişdir. Rus alimi Miller Boris Vsevolodoviç 1925-ci ildə Lənkərandan 9-11 km qərbdə yaşayan əhalinin əsas məşğulliyəti çəltikçilik olduğunu qeyd etmişdir [3]. Həmçinin tarixçi Teymur bəy Bayraməlibəyov 1933-cü ildə öz əsərində yazmışdır ki, çəltikçilik Azərbaycanın heç bir yerində, Lənkəran qəzasında olduğu kimi yüksək inkişaf səviyyəsinə çatmamışdır [2].

1840-cı illərdə bu kənd təsərrüfatı sahəsi Lənkəran şəhərinin iqtisadiyyatında əsas yerlərdən birini tuturdu [1]. 1852-ci ildə Moskvada keçirilən Ümumrusiya Kənd Təsərrüfatı sərgisində Lənkərandan gətirilmiş çəltik mükafata layiq gorülmüşdür. 1887-ci ildə Xarkov sərgisində Lənkəran qəzasından çəltiyin doqquz növü nümayiş etdirilmişdir və bir növü bürünc medal almışdır. 1889-cu ildə isə Tbilisidə, kənd təsərrüfatı məhsullarının Qafqaz sərgisində Lənkəranda yetişdirilən çəltiyin "akulə" növü gümüş medala layiq görülmüşdür.

1990-cı illərdə Lənkəran qəzasında 14 min hektardan artıq çəltik əkilib, bu da Bakı quberniyası üzrə çəltik əkinlərinin 61%-nı, Zaqafqaziya üzrə isə 25%-nı təşkil edirdi.

2006-cı ildə Lənkəranda 14 hektar, 2017-ci ildə isə 600 hektaradək sahədə çəltik əkini həyata keçirilib. Əkin sahələri, əsasən, Girdəni, Göyşaban, Veravul, Separadi və digər yaşayış məntəqələrində təşkil olunub [5].

Ədəbiyyat:


  1. Н.Г.Джафарли. История города Ленкорани в XIX-в начале XX века. Баку-1985.

  2. Теймур бек Байрамалибеков. Избранные произведения. Баку-2012.

  3. А.A.Мамедов, M.Г.Гусейнзаде. Талыши: история и культура. Москва-2009.

  4. Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. Bakı-1990.

  5. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Ailələrin yarıdan çoxu 30 ildən artıqdır eyni evdə yaşayır

İqtisadiyyat
Dünən, 17:27

Azərbaycanda nələr bahalaşıb? - Son statistika

Bütün xəbərlər
Dünən, 16:54

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kriminal
Dünən, 16:26

Qohumunu vurub xəsarət yetirən gəncin taleyi bəlli oldu

Kriminal
Dünən, 15:55

Lənkəranda kişi smartfon işlədən keçmiş arvadının qabırğalarını sındırdı

İqtisadiyyat
Dünən, 15:23

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır - RƏSMİ

Bütün xəbərlər
Dünən, 14:50

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:21

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu

Cəmiyyət
Dünən, 13:56

Ölkəmizdə hər 6 nəfərdən 1-i siqaret çəkir

Bütün xəbərlər
Dünən, 13:22

Astarada 18 kq narkotik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:53

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

Bütün xəbərlər
Dünən, 12:24

Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı

Bütün xəbərlər
Dünən, 11:55

Kasıb ailələrdə uşaq sayı daha çoxdur

Kriminal
Dünən, 11:26

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Kriminal
Dünən, 10:58

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 10:25

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
Dünən, 09:59

Lənkəran Dövlət Dram Teatrının sabiq baş rəssamı vəfat edib

Bütün xəbərlər
Dünən, 09:18

İmişlidə kişi həyətdə yıxılıb öldü

Cəmiyyət
05 avqust 2026, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
05 avqust 2026, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
05 avqust 2026, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
05 avqust 2026, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
05 avqust 2026, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
05 avqust 2026, 15:32

Sabah hava necə olacaq?

Oxşar xəbərlər