Xəzər dənizinin Lənkəran ərazisi sahilində növbəti təmizlik aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində Azeratac-a istinadən verir.
Xəzərin Lənkəran ərazisi sahilinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan ekoloji aksiyaya ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, müəssisə və digər qurumların əməkdaşları, ictimaiyyət nümayəndələri qoşulublar.
Aksiya zamanı Xəzər dənizinin Lənkəran sahilində 25.000 kvadratmetr sahədə, ümumi həcmi 8 kubmetr bərk məişət tullantıları, xüsusilə də, plastik qablar, polietilen torbalar, 200 metr uzunluqda sintetik tor yığılaraq aidiyyəti üzrə şəhər poliqonuna daşınıb.
Ümumilikdə 200 nəfərin iştirak etdiyi iməcilik zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri də aparılıb.