Masallıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Rahat” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində verir.
Aksiya 23 iyul saat 11:30-da baş tutacaq. Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
Ünvan: “Rahat market” - Masallı şəhəri, H.Əliyev prospekti, 171 (Əvvəlki Mərkəzi Univermağın yeri).