Masallıda “Fiziki aktivlik” aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
Belə ki, mövzu ilə bağlı hazırlanmış maarifləndirici materiallar, əsasən, işləyən əhaliyə təqdim olunub və onlarla maarifləndirici söhbətlər aparılıb.
Aksiya Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı Rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə baş tutub.