Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Plastiksiz iyul” adlı iməcilik aksiyası baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində Lənkəran Kommunal Xidmətlərinə istinadən verir.
İməcilikdə “Lankaran Springs Wellness Resort”un 25 əməkdaşı, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin, Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin ümumilikdə 40 əməkdaşı olmaqla, 65 nəfər iştirak edib.
Aksiya Xəzər dənizinin Lənkəran şəhər sahilində keçirilib və sözügedən ərazidən ümumi 250 kq bərk məişət tullantıları, plastik qablar, polietilen torbalar yığılaraq aidiyyəti üzrə şəhər poliqonuna daşınıb.