Lənkəran şəhərini Sütəmürdov kəndi ilə birləşdirən körpünün altında antisanitar vəziyyət yaranıb.
Cenublu.az xəbər verir ki, körpünün şəhər istiqamətindən giriş hissəsində yerləşən ərazi sakinlər tərəfindən məişət tullantıları ilə zibillənir.
Vətəndaşların sözlərinə görə, gecə saatlarında körpünün altına mütəmadi olaraq müxtəlif tullantılar - sellofan torbalar, plastik butulkalar və digər məişət tullantıları atıldığı bildirilir.
Nəticədə körpünün altında antisanitar vəziyyət yaranıb və ətraf ərazi zibillik görüntüsü alıb.
Şikayətçilər aidiyyəti qurumlardan tullantıların buraya atılmasının qarşısının alınması üçün tədbir görülməsini xahiş edirlər.