top
Saatlıda biyan balı istehsalı: nadir məhsuldan ixrac hədəfinə doğru
17 iyul 2026, 15:55
- ↺ +

Saatlıda biyan balı istehsalı: nadir məhsuldan ixrac hədəfinə doğru

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Saatlı rayonunda Azərbaycanın nadir arıçılıq təsərrüfatlarından biri fəaliyyət göstərir. Bu təsərrüfatın əsas fərqləndirici cəhəti ölkədə yalnız burada geniş biyan sahələrindən toplanan nektar hesabına biyan balının istehsal olunmasıdır. Müalicəvi xüsusiyyətləri və fərqli dadı ilə seçilən bu bal son illər istehlakçılar arasında böyük maraq qazanaraq bölgənin brend məhsullarından birinə çevrilib.

Təsərrüfat sahibi Ehtiram Məmmədov bildirir ki, digər sahələrdə olduğu kimi, arıçılıqda da dövlət tərəfindən göstərilən dəstək bu sektorun inkişafında mühüm rol oynayır. Arı ailələrinə görə verilən subsidiyalar, güzəştli kreditlər, eləcə də paytaxt Bakıda mütəmadi təşkil olunan arıçılıq yarmarkaları bölgələrdə fəaliyyət göstərən arıçıların öz məhsullarını həm tanıtmasına, həm də əlverişli şərtlərlə satmasına geniş imkanlar yaradır: "Uzun illərdir arıçılıqla məşğulam. Bu sahə həm maraqlı, həm də kifayət qədər qazanclı bir peşədir. Dövlətimizin dəstəyi ilə təsərrüfatımızı daha da genişləndirib, biyan balımızın sorağını tezliklə ölkə hüdudlarından kənara çıxarmaq istəyirik. İnanıram ki, yeni Dövlət Proqramı sayəsində bizim kimi yerli istehsalçıların qarşısında daha geniş qapılar açılacaq".

Onun sözlərinə görə, bu bal əsasən asma, bronxit xəstəlikləri üçün faydalıdır. Biyan balının daha bir özəlliyi isə şəkərlilik tərkibinin az olmasıdır. Buna görə də şəkərli diabet xəstələri də bu baldan istifadə edə bilirlər. Bir çox müştərilər məhz bu səbəblərə görə biyan balına üstünlük verir.

Ehtiram Məmmədovun arıçılıq fəaliyyəti coğrafi və bitki örtüyü baxımından fərqlənən iki əsas ərazini əhatə edir. Bunlardan biri 100 hektar biyanlıq sahədə yerləşən təsərrüfat, digəri tuqay meşələrindəki təsərrüfatdır.

Biyan sahəsindəki təsərrüfatda hazırda 80 arı ailəsi saxlanılır. Bu il yaz fəslinin yağıntılı keçməsi biyan bitkisinin çiçəkləmə dövrünə təsadüf etdiyindən arıların nektar toplamasına mənfi təsir göstərib. Bu səbəbdən ötən illərlə müqayisədə biyan balının həcmi az olsa da, tərkibi əsasən biyan nektarından ibarətdir. Hazırda bu sahədə yenidən canlanma müşahidə olunur. Avqust ayında biyan bitkisinin yenidən çiçəkləmə ehtimalı var və havalar əlverişli keçərsə, növbəti süzümdə daha bol məhsul götürülməsi planlaşdırılır.

Tuqay meşələrindəki təsərrüfatda isə 140 arı ailəsi var. Bu ərazidə məhsuldarlıq olduqca yüksəkdir və eyni zamanda, damazlıq ana arıların yetişdirilməsi həyata keçirilir. Bu meşə zolağında arılar əsasən akasiya, yulğun, qırdıca, pişikcaynağı, yağtikanı və yonca bitkilərindən bol nektar toplayırlar ki, bu da yüksəkkeyfiyyətli bal istehsalına şərait yaradır.

Qeyd edək ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda arıçılıq sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Sənəddə arıçılıq məhsullarının istehsal həcminin artırılması, damazlıq və ana arı yetişdirilməsinin genişləndirilməsi, arı xəstəliklərinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, məhsulların emalı və satış imkanlarının genişləndirilməsi, eləcə də dövlət dəstəyi mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Bu tədbirlərin ölkədə arıçılığın daha da tərəqqi etməsinə, yerli məhsulların daxili və xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə və ixrac potensialının artırılmasına ciddi töhfə verəcəyi gözlənilir.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:32

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

İqtisadiyyat
Bu gün, 11:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
07 noyabr 2026, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
07 noyabr 2026, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
07 noyabr 2026, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Oxşar xəbərlər