top
Qonşusunu daşla vurub öldürdü - TƏFƏRRÜAT
07 yanvar 2026, 02:57
- ↺ +

Qonşusunu daşla vurub öldürdü - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Salyanda 48 yaşlı kişinin qonşusunu öldürməsi ilə bağlı təfərrüatlar məlum olub.

Hadisə 19 oktyabr 2024-cü ildə Salyan şəhərinin Əlibəy Hüseynzadə küçəsində baş verib. 1977-ci il təvəllüdlü Elşən Səmədov mübahisə zamanı qonşusu Əziz Salayevi daşla vuraraq öldürüb.

İstintaqa görə, hər iki şəxs sərxoş vəziyyətdə olub. Əziz Elşəndən siqaret tələb edib, cavab almayanda nalayiq ifadələr işlədib və əlbəyaxa davada onu yerə yıxaraq döyüb. Qonşular tərəfləri ayırdıqdan sonra əsəbiləşən Elşən yerdən daş götürərək onu təxminən 2–3 metr məsafədən vurub. Əziz aldığı xəsarətdən hadisə yerində ölüb.

Elşən Səmədova Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan ölümlə nəticələnən ağır xəsarət maddəsi ilə ittiham verilib. O, ifadəsində özünü təqsirli bilməyib, Əzizin dəfələrlə onu və ailəsini təhqir etdiyini, davada ona gücünün çatmadığını, daş atanda öldürmək niyyətinin olmadığını deyib. Hadisədən sonra təcili yardıma zəng etdiyini və Əzizin huşunun yerində olduğunu bildirib.

Zərərçəkmişin oğlu Mirzağa Salayev atasının içki aludəçisi olduğunu, mütəmadi mübahisələrə qarışdığını deyib. Hadisə barədə tam məlumatlı olmasa da, Elşəni bağışladığını, lakin barışmadığını bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Elşən Səmədovu 9 il müddətinə azadlıqdan məhrum etməklə ümumi rejimli müəssisəyə göndərib. Təqsirləndirilən şəxs hökmün ləğvi və bəraət, müdafiəçisi isə onun əməlinin Cinayət Məcəlləsinin zəruri müdafiə həddini aşma maddəsi ilə tövsif edilməsini tələb edib. Lakin Şirvan Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
07 noyabr 2026, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
07 noyabr 2026, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Oxşar xəbərlər