Qızılağac Milli Parkında ov edən şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində Report-a istinadən verir.
Sözügedən hadisə parkın "Kiçik Körfəz" adlanan ərazisində baş verib. Araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyənləşib. Ondan ov alətləri müsadirə edilib.
Qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər görülüb.