Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 iyul tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.
Seminar-müşavirədə daha öncəki müşavirələrdə verilmiş tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələrin icrası, o cümlədən informasiya məkanında və sosial mediada aktivliyin həyata keçirilməsinə diqqətin artırılması ilə əlaqədar tədbir iştirakçılarına məlumat verilib.
Sonra Masallı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində iyun ayında keçirilmiş tədbirlər müzakirə olunub və avqust ayında keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər barədə danışılıb.