Masallı rayon Mərkəzi Kitabxanasında xalq yazıçısı Hüseyn Abbaszadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.
Tədbirdə ədibin yaradıcılığı barədə məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Əməkdar incəsənət xadimi Hüseyn Abbaszadə maraqlı və rəngarəng mövzularda yazdığı əsərləri ilə milli ədəbiyyatımızda silinməz iz buraxıb.