Lənkəranda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi" ilə "Volkswagen Passat" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində iki nəfər - Lənkəran rayonunun Ləj kənd sakini 1999-cu il təvəllüdlü Tural Asəf oğlu Əzimzadə və Masallı rayonunun Allahyarlı kənd sakini 2006-cı il təvəllüdlü Asim Alim oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.