Lənkəran sakinləri qəzada ölüblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyul tarixində Apa.az-a istinadən verir.
Salyan rayonunun Marışlı kəndində “VAZ-2105” markalı avtomobil su kanalına aşıb. Nəticədə 57 yaşlı Məhərrəm Fərziyev, onun arvadı Xanım Fərziyeva və qardaşı İlqar Fərziyev həyatlarını itiriblər.
Məlumata əsasən, nəqliyyat vasitəsi Yardımlı sakini Rəhman Əhədova məxsusdur.