Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.
Cenublu.az hadisə gecə saatlarında rayonun Cil kəndi ərazisində qeydə alınıb. Kənd sakini Elvin Nuriyevə məxsus ikimərtəbəli fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 3 texnikası və 16 nəfər şəxsi heyəti cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb, alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma davam etdirilir.