Lənkəran rayonunda və Bakı şəhərinin Binəqədi rayonunda ağacları qanunsuz kəsən və təbiətə külli miqdarda ziyan vuran şəxslər barəsində akt tərtib olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixinə Report.az-a istinadən verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayon sakini Nazim Mirzəyev və Binəqədi rayon sakini Eldar Cəbrayılovun təbiətə ümumilikdə 10.950 manat məbləğində ziyan vurduqları müəyyən olunub.
Məsələyə hüquqi qiymət verilməsi üçün hər iki fakt üzrə toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.