“Rabitəbank” ASC-nin Lənkəran filialının həbs edilən sabiq xəzinədarının cəzası azaldılıb. Bu haqda bu gün, 28 iyul tarixində Cenublu.az APA.az-a istinadən xəbər verir.
Ali Məhkəmədə Cəfər Sadıqzadə barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb. Hakim İlqar Qılıcovun sədrliyi ilə baxılan işlə bağlı qüvvədə olan qərar dəyişdirilib.
Təqsirləndirilən şəxsin cəzası 12 ildən 10 il 3 aya endirilib. Qeyd edək ki, Cəfər Sadıqzadə tutduğu vəzifədən sui-istifadə edərək, ümumilikdə 595 min manat məbləğində özgə əmlakını, “Rabitəbank” ASC-yə məxsus xüsusilə külli miqdarda nağd pul vəsaitini mənimsəyib.