top
Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi
28 dekabr 2025, 22:39
- ↺ +

Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti Ağadadaş Ağayevin keçmiş həyat yoldaşı Lalə Əliyeva məhkəməyə müraciət edərək, 2018-ci ildə tərəflər arasında təsdiqlənmiş barışıq sazişinin etibarsız sayılmasını tələb edib. O, boşandıqdan sonra nikah dövründə əldə olunan əmlakın bölünməsi ilə bağlı iddia qaldırmış və “Büsat” şadlıq sarayının, “Vüsal” kafesinin, eləcə də idman kompleksinin birgə mülkiyyət kimi nəzərə alınmasını istəyib.

Sazişə əsasən, Lalə Əliyeva Mərdəkandakı villaya və digər əmlak hüquqlarına iddia etməkdən imtina etmiş, əvəzində Ağadadaş Ağayev bank qarşısındakı 86 716 ABŞ dolları və 14 299 manatlıq kredit borcunun öhdəsinə götürülməsinə razılıq vermişdi. Həmin vaxt sənətçi həm də həmin villadakı mülkiyyət hüquqlarından əl çəkəcəyini bildirmişdi.

Lalə Əliyeva deyir ki, milyonlarla dəyəri olan bu bağ evi illər öncə qızları üçün nəzərdə tutulub və hələ 2003-cü ildə onların doğum günündə evin təməlinin qoyulması hədiyyə kimi planlaşdırılıb. Onun sözlərinə görə, 2018-ci il məhkəmə prosesində Ağadadaş Ağayev kredit borcunu ödəyəcəyini, evin banka keçməsinin qarşısını alacağını, gələcəkdə isə həmin mülkiyyəti qızlarına bağışlayacağını vəd edib. Bu vədlərə inanaraq sazişi imzalamağa məcbur olduğunu bildirən Əliyeva qeyd edib ki, həmin vaxt həm birinci qrup əlil olan qızının, həm nəvələrinin, həm də böyük ailəsinin evsiz qalmasından narahat olub.

Lakin iddiaçı bildirir ki, keçən müddət ərzində Ağadadaş Ağayev heç bir vədinə əməl etməyib, əksinə, qızına veriləcəyini dediyi bağ sahəsini hazırkı həyat yoldaşının adına keçirib. O, bunun gözlənilməz və ədalətsiz olduğunu qeyd edərək barışıq sazişinin ləğvini istəyib.

Məhkəmə işə baxaraq toplanmış materialları qiymətləndirib və Lalə Əliyevanın tələblərini əsaslı saymayıb. Qərara əsasən, 2018-ci il barışıq sazişində Əliyeva Mərdəkandakı bağ evinin Ağadadaş Ağayevin xüsusi mülkiyyəti olduğunu qəbul edib və bu əmlakdan imtinasını təsdiqləyib. Buna görə də həmin saziş əsasında verilmiş məhkəmə qərardadı evə çıxarışın alınması üçün qanuni əsas kimi tanınıb.

Proses zamanı nə Ağadadaş Ağayev, nə də onun nümayəndəsi iclasda iştirak etməyib. Məhkəmə tərəflərin gəlməməsini nəzərə alsa da, işə onların iştirakı olmadan baxmağı məqsədəuyğun hesab edib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
07 noyabr 2026, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
07 noyabr 2026, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Oxşar xəbərlər