Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən gömrük xidməti polkovniki Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub.
Cenublu.az xəbər verir ki, yanvarın 7-də vəzifəsindən azad edilən S.Şahbəndəyev Sumqayıt Gömrük İdarəsinə rəis müavini təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilən əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmalçılıq faktları aşkarlanıb. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilib.