Cəlilabadda yol-nəqliyyat hadisəsi olub.
Cenublu.az xəbər verir ki, Ələt–Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində avtoqəza olub.
Belə ki, hərəkətdə olan “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin ön və yan hissələri deformasiyaya uğrayıb. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.