top
Astarada feyxoa yığımı başa çatıb – məhsuldarlıqda artım qeydə alınıb
29 dekabr 2025, 05:40
- ↺ +

Astarada feyxoa yığımı başa çatıb – məhsuldarlıqda artım qeydə alınıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayonunda feyxoa yığımı mövsümü başa çatıb. Subtropik iqlim şəraiti ilə seçilən rayon feyxoa istehsalında ölkə üzrə aparıcı bölgələrdən biri olaraq mövqeyini qoruyur.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yekunlarına əsasən, rayonda feyxoa bağlarının ümumi əkin sahəsi 828,9 hektar təşkil edib. Bu sahələrin 690 hektarı məhsuldar bağlar olub. Mövsüm ərzində fermerlər tərəfindən 8 min 980 ton feyxoa məhsulu istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 130,1 sentner olub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə rayonda feyxoa bağlarının ümumi sahəsi 826,3 hektar, məhsuldar sahə isə 661,7 hektar təşkil edib. Həmin il 8 min 391,8 ton məhsul istehsal olunub, məhsuldarlıq göstəricisi isə 126,8 sentner səviyyəsində qeydə alınıb. Statistik göstəricilərdən də göründüyü kimi, məhsuldarlıqda artım müşahidə olunub.

Bundan əlavə, cari ildə 2,6 hektar yeni feyxoa bağı salınıb ki, bu da gələcək illərdə istehsal həcminin daha da artacağına zəmin yaradır.

Qeyd edək ki, Astara feyxoası keyfiyyət göstəriciləri ilə seçilir və mövsüm ərzində yığılan məhsulun bir hissəsi emal müəssisələrinə, digər hissəsi isə satış üçün ölkənin müxtəlif bölgələrinə göndərilir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
07 noyabr 2026, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
07 noyabr 2026, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Oxşar xəbərlər