top
Ona araq almayan oğluna kəllə atdı - TƏFƏRRÜAT
02 yanvar 2026, 03:27
- ↺ +

Ona araq almayan oğluna kəllə atdı - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astaranın bir kəndində 1984-cü il təvəllüdlü Zaur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı oğlu Elçinə xəsarət yetirib. Hadisə 2025-ci il oktyabrın 20-i baş verib.

Məlumata görə, birlikdə yaşadıqları evdə baş verən mübahisə zamanı Zaur oğlunun burun nahiyəsinə kəllə ilə bir dəfə zərbə endirib. Ona Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib.

Zaur istintaqa ifadəsində özünü təqsirli bildiyini, hadisənin ailə mübahisəsi fonunda baş verdiyini deyib. Bildirib ki, həmin gün həyat yoldaşı Aynurə ilə mübahisə edərkən Elçin müdaxilə edib və bu zaman təsadüfən başı onun üzünə dəyib. O, törətdiyi əmələ görə peşman olduğunu söyləyib.

Zərərçəkmiş Elçinin sözlərinə görə, o və anası sitrus bağlarında fəhləlik edərək ailəni dolandırırlar: “Atam işləmir, spirtli içkiyə aludədir. Evdə tez-tez səbəbsiz münaqişələr yaradır. Həmin gün də siqaret və içki almağımı istədi. Siqaret alsam da, içkini qəsdən almadım ki, yenə içib dava salmasın. Evə qayıdanda bunu biləndə əsəbiləşdi, pul tələb etdi. Mübahisə zamanı atam başı ilə mənim üzümə zərbə vurdu. Qan kəsmədiyindən gecə xəstəxanaya getdik”. Elçin bildirib ki, atasının islah olunması üçün onun cəza almasını istəyir.

Astara Rayon Məhkəməsinin hökmü ilə Zaur 4 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki hökmü də nəzərə alınaraq cəza qəti olaraq 4 ay həbs və əlavə 1000 manat cərimə şəklində təyin olunub. Hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs olunub. Cəzanın icrası 19 noyabr 2025-ci ildən hesablanacaq.

Qeyd edək ki, Zaur daha əvvəl həyat yoldaşına zorakılıq etdiyi üçün də məhkum olunmuşdu.

Sadalanan adlar şərtidir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
07 noyabr 2026, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
07 noyabr 2026, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Oxşar xəbərlər