Xəzərin mirvarisi sayılan, əsrarəngiz mənzərəsi ilə göz qamaşdıran Astara sahili tullantılar ilə dolub. Bu haqda bu gün, 28 iyul tarixində Cenublu.az xəbər verir
Söhbət Astaranın Kələdəhnə çayının Xəzər ilə birləşdiyi yerdən gedir. Əraziyə atılan tullantılar mirvari kimi parıldayan sahilin işığını söndürür.
Dəniz kənarında gəzintiyə çıxan sakinlər yaranan görüntü və qoxudan narazıdırlar. Onlar ümid edirlər ki, yaxın günlərdə ərazi tullantılardan təmizlənəcək.