Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüş təşkil edib. Bu haqda bu gün, 28 iyul tarixində Cenublu.az Lənkəran ŞİH-yə istinadən xəbər verir.
İcra başçısı İstisu qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşün əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Taleh Qaraşov vətəndaşların qayğıları ilə maraqlanıb.
Sakinlər onları narahat edən məsələlər ilə bağlı suallarını yönləndiriblər. İcra başçısı şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının qayğı və problemlərini diqqətlə dinlədikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıq və göstərişlərini verib.