Lənkəran, Astara və Masallı rayonlarını təmsil edən idmançılar güləş üzrə U-15 Azərbaycan çempionatında uğur qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində verir.
Yarış Şağan Olimpiya İdman Kompleksində baş tutub. Burada:
- Astaradan olan Nuray Cəfərli (42 kq) I yerə;
- Lənkərandan olan İmaməli Kazımov (41 kq) və Astaradan olan Gülbacı Cavadova (42 kq) II yerə;
- Masallıdan olan Tural Eynullayev (68 kq) və Astaradan olan İlyas Ağazadə (48 kq) III yerə layiq görülüblər.
Qeyd edək ki, birinciliyin ikinci günündə sərbəst güləş üzrə 41, 48, 57, 68 və 85, qadın güləşi üzrə isə 36, 39, 42, 46, 50, 54, 58 və 66 kq-da qaliblər müəyyənləşib.