Lənkəranda şəhərin mərkəzi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az xəbər verir.
Hadisə Zərifə Əliyeva küçəsində, “Su 8 işıqforu” adlanan ərazidə baş verib. 2 “VAZ-2107” avtomobili toqquşub. Avtomobillərə ciddi ziyan dəydiyi qəzada xəsarət alan olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.