SON XƏBƏRLƏR

Lənkəran şəhər sakinləri bu küçədə üstü açıq xəndəklərə görə çətinlik çəkir. Bu haqda məlumatı bu gün, 27 noyabr tarixində Cenublu.az xəbər verir.

Problem Zərifə Əliyeva və H.Z.Tağıyev küçəsində qeydə alınıb. Belə ki, xəndəyin H.Z.Tağıyev küçəsinə düşən hissə də dəmir setkalar var. Lakin Zərifə Əliyeva küçəsinə düşən hissədə olmaması narazıçılığa səbəb olur.

Şəhərin mərkəzi küçəsi olduğundan piyadalar bu küçədən tez-tez istifadə edirlər. Səkinin təqribən 70%-nin qaz borusu ilə tutulması hərəkət etməni mümkünsüz edir.

Videokadrlardan da göründüyü kimi örtüyün taxta ilə əvəz olunması, yağışlı havalarda sürüşməyə gətirib çıxardır.

Qeyd edək ki, vurğuladığımız ərazi Lənkəran Dövlət Universitetinin 2-ci və 3-cü korpusuna, həmçinin Lənkəran mərkəzi kitabxanasına gedən yoldur. Bu küçədə tələbələr daim çoxluq təşkil edir.