SON XƏBƏRLƏR

Lənkəran şəhərində yerləşən Əbdülqasım Firdovsi küçəsindən keçmək mümkün deyil. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində verir.

Səbəb isə xəndəklərdən gələn üfunətdir. Sakinlər bildirirlər ki, yay aylarında iy daha da kəskinləşir və onlar evlərinin həyətlərində oturmağa belə əziyyət çəkirlər.

“Aidiyyəti qurumlardan xahiş edirik, bizim küçənin xəndəklərini də təmizləsinlər”, – deyə sakinlər bildiriblər.