Lənkəran rayonunun Sütəmurov kəndinin gediş-gəliş üçün daim istifadə olunan yollarından birinin vəziyyəti ürəkaçan deyil. Bununla bağlı sakinlər bu gün, 7 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlər bildirirlər ki, yağış yağdıqda məhəllə palçıq içində olur:
“Bura Sütəmurdov məktəbindən üzü aşağı çayqırağı məhəllədir. İllərdir ki, yol problemi yaşayırıq. Yolda əmələ gəlmiş çuxurlar avtomobillərimizə ziyan vurur. Həmçinin məktəb üçün istifadə edilən yol yağış yağdıqda şagirdlər və valideynlər üçün çətinlik yaradır. Xahiş edirik, aidiyyəti qurumlar bunları nəzərə alıb yolumuzu təmir etsinlər”.