SON XƏBƏRLƏR

Lənkəran qəsəbələrinin birində əsas yol istifadəyə yararsız haldadır. Bu haqda məlumatı bu gün, 26 noyabr tarixində Cenublu.az xəbər verir.

Rayonun inzibati vahidində yaradılmış şəhər tipli İstisu qəsəbəsində əsas yol dağınıq vəziyyətdədir. Şəhərdən qəsəbəyə gələn yolun asfalt örtüyünün olmaması sakinlərin narazıçılığına səbəb olur.

“Yağış yağanda ərazidən avtomobil ilə gücnən hərəkət edirik. Yol sonuncu dəfə 17 il öncə təmir olunub. Aidiyyatı üzrə müraciət etmişik, lakin hələ də gözləyirik” – deyə qəsəbə sakini öz müraciətində bildirib.