SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Valentina Tereşkova küçəsinin sakinləri Cenublu.az-a müraciət ediblər.

Onlar bildiriblər ki, küçələri asfaltsız olduğundan yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkirlər.

“Bizim küçə çox baxımsızdır. Yolumuz asfaltsız, küçədəki kol-koslar aylardır ki, təmizlənmir. Dəfələrlə müraciət etsək də, problemlərimiz həll olunmur”, – deyə sakinlərdən biri bildirib.

“Sovet vaxtı küçəmizə dünyanın ilk qadın kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı general-mayor Valentina Tereşkovanın adını veriblər. Amma sovetdən qalma tək küçəmizin adı deyil. Həmçinin yol örtüyümüzdə sonuncu dəfə sovet dövründə çəkilib. Ətraf küçələr Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin adlarını daşıyır. Məqsədəuyğun olardı ki, bizim küçəyə də şəhid adı versinlər. Bunu çox istəyərdik”, – deyə digər sakin söyləyib.

Valentina Tereşkova
Valentina Tereşkova
Valentina Tereşkova
Valentina Tereşkova
Valentina Tereşkova Valentina Tereşkova Valentina Tereşkova Valentina Tereşkova