SON XƏBƏRLƏR

Masallıda kənd sakinləri yollara asfaltın çəkiləcəyi günü gözləyirlər. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az xəbər verir.

Söhbət rayonun Kosakül kəndindən gedir. Sakinlər iddia edirlər ki, kənd yolları sovet dövründən asfalt görməyib. Onlar bildirirlər ki, qonşu kənd Ərkivandan kəndin girişinə kimi asfalt çəkilib.

“Ötən il icra başçısının tapşırığı ilə 600 metr yola asfalt döşəndi, o da heç kəndin girişinə çatmadı”, – deyə sakinlər əlavə ediblər.

Sakinlər Kosakül kəndinə asfaltın çəkiləcəyi günü səbirsizliklə gözləyirlər.