SON XƏBƏRLƏR

Ələt-Astara magistral yolunda baş vermiş qəzada Masallı rayon sakini, 37 yaşlı Kiçikbəyov Rahid Elçibəyi oğlunun hadisə yerində ölməsi, sərnişinin isə komatoz vəziyyətdə Salyan Mərkəzi Xəstəxanasına çatdırılması haqda məlumat vermişdik.

Əldə etdiyimiz məlumata görə, xəstəxanaya yerləşdirilən şəxs, Masallı rayon sakini, 37 yaşlı Məcidov Araz Arif oğludur. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, hadisə magistral yolun Salyan rayonu ərazisində baş verib. Hərəkətdə olan “KamAZ” markalı yük maşını qarşıda gedən unla dolu eyni markalı yük maşınının qoşqusuna, sonra isə beton maneəyə çarpılıb. Hadisə zamanı qoşqu aşıb, un kisələri yola tökülüb.