Lənkəranda kənd camaatı təhlükəli vəziyyətdə olan dirəkdən narahatdır. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az xəbər verir.
Sözügedən dirək rayonun Moğonjoba kəndində yerləşir. Kənd sakinləri bildirirlər ki, hər dəfə külək əsdikdə dirək dayanmadan yola tərəf əyilir. Buna görə də onlar ərazidən olan dirəyin ətrafının təhlükəsiz olduğunu düşünmürlər.
“Uşaqları yalnız başına ordan keçməyə buraxa bilmirik, dirək aşsa, yol bağlanacaq”, – deyə sakinlər qeyd ediblər.