SON XƏBƏRLƏR

Astara rayonu, Kijəbə qəsəbəsinin yolları bərbad vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 yanvar tarixində verir.

Sakinlərin sözlərinə görə, qəsəbənin yolları heç vaxt əsaslı təmir olunmayıb.

“Bu yol qəsəbə məktəbinə gedir. Hər gün uşaqlarımızı palçıq içində dərsə aparıb-gətiririk. Dəfələrlə müraciət etmişik, amma səsimizə səs verən olmayb. Bir daha aidiyyəti qurumlardan məsələni nəzarətə götürmələrini xahiş edirik”, – deyə sakinlər bildiriblər.