SON XƏBƏRLƏR

Cəlilabada intensiv yağan qar nəticəsində qəza baş verib. Bu haqda bu gün, 12 yanvar tarixində Cenublu.az BizimMedia.az-a istinadən xəbər verir.

Hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb. Qəza zamanı “Ford” markalı yük avtomobili ilə “Opel” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

İlkin ehtimala görə, hadisəyə səbəb qarlı havaya görə yolun sürüşkən olması olub. Faktla bağlı araşdırma aparılır.